- Dünya çempionatı
- 01:05 04.07.2026
Avstraliya - Misir matçında qeydə alınan avtoqol dünya çempionatının rekordunu yeniləyib.
90deqiqe.Az-ın “Opta Sports”a istinadən məlumatına görə, Misir millisinin müdafiəçisi Məhəmməd Hani ikinci hissədə rəqibin cərimə meydançasına ötürməsindən sonra topu ehtiyatsızlıqla öz qapısına göndərib.
Məlumata görə, bu, 2026-cı il dünya çempionatında vurulan 13-cü avtoqol olub. Bununla da 2018-ci ildə Rusiyada keçirilən mundialın rekordu geridə qalıb. Həmin turnirdə ümumilikdə 12 avtoqol qeydə alınmışdı.
Xatırladaq ki, qarşılaşmanın ilk hissəsində Misir millisi İmam Aşurun qolu ilə hesabı açsa da, ikinci hissədə üstünlüyünü qoruya bilməyib.