- Dünya çempionatı
- 01:05 04.07.2026
Avstraliya və Misir milli komandaları arasında keçirilən 2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma ABŞ-ın Arlinqton şəhərində yerləşən “Eyti-end-Ti” stadionunda baş tutub. Matçı uruqvaylı baş hakim Qustavo Tejera idarə edib.
Gərgin keçən görüş Misir millisinin 1:1 (penaltilər seriyasında 4:2) hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 13-cü dəqiqədə Misir millisinin yarımmüdafiəçisi İmam Aşur açıb. İkinci hissənin 55-ci dəqiqəsində isə müdafiəçi Məhəmməd Hani topu öz qapısına göndərərək tarazlığı bərpa edib. Penaltilər seriyasında isə daha dəqiq olan Afrika təmsilçisi qələbəni rəsmiləşdirib.
Avstraliya millisi qrup D-də ikinci yeri tutaraq pley-offa yüksəlmişdi. Misir isə qrup G-də ikinci pillədə qərarlaşıb.
1/8 final mərhələsində Misir millisi Argentina – Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qətərdə keçirilən finalda Argentina Fransa ilə 3:3 (penaltilərdə 4:2) hesablı matçdan sonra qalib olmuşdu.