18 avqust 2026. Çərşənbə axşamı

Asiya komandaları üçün mundial uğursuz başa çatdı


Asiya komandaları üçün mundial uğursuz başa çatdı

Asiya Futbol Konfederasiyasını (AFK) təmsil edən bütün milli komandalar 2026-cı il dünya çempionatında mübarizəni dayandırıb.

90deqiqe.Az xəbər verir ki, son olaraq Avstraliya millisi 1/16 final mərhələsində Misirə penaltilər seriyasında məğlub olaraq turnirdən kənarlaşıb.

Qeyd edək ki, Şimali Amerikada keçirilən mundialda əvvəlcə AFK-dan səkkiz komanda iştirak edirdi: Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Qətər, İran, İraq, Özbəkistan və Avstraliya.

Qrup mərhələsini Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, İran, İraq və Cənubi Koreya adlaya bilməyib. Pley-off mərhələsində isə Yaponiya da 1/16 finalda Braziliyaya məğlub olaraq turnirlə vidalaşıb.







Dünya çempionatı