14 iyul 2026. Çərşənbə axşamı

Messili Argentina əziyyətlə 1/8 finala yüksəldi


Messili Argentina əziyyətlə 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatında Argentina millisi 1/8 finala yüksələn növbəti komanda olub.

90deqiqe.Az xəbər verir ki, Lionel Messinin kapitanı olduğu kollektiv 1/16 final mərhələsində Kabo Verde yığmasını dramatik mübarizənin ardından 3:2 hesabı ilə məğlub edib.

Mayamidə keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Argentinalıların heyətində Lionel Messi 29-cu dəqiqədə hesabı açsa da, Kabo Verde millisində Deroy Duarte 59-cu dəqiqədə tarazlığı bərpa edib.

Əlavə vaxtda "tanqoçular" Lisandro Martinesin 92-ci dəqiqədə vurduğu qolla yenidən önə keçiblər. Sidney Kabral 103-cü dəqiqədə hesabı bərabərləşdirsə də, 111-ci dəqiqədə Dineyin avtoqolu Argentinaya qələbə qazandırıb.

Beləliklə, Argentina millisi 1/8 finala yüksəlib. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Misir yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı