19 avqust 2026. Çərşənbə

Kolumbiya minimal hesablı qələbə ilə 1/8 finala yüksəldi


Kolumbiya minimal hesablı qələbə ilə 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin son oyunu keçirilib.

90deqiqe.Az  xəbər verir ki, Kanzas stadionunda baş tutan qarşılaşmada Kolumbiya millisi Qananı 1:0 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb.

Cənubi Amerika təmsilçisinə qələbə qazandıran yeganə qolu 14-cü dəqiqədə Con Arias vurub.

Beləliklə, dünya çempionatında 1/16 final mərhələsinin bütün oyunlarına yekun vurulub. Kolumbiya millisi növbəti mərhələdə İsveçrə yığması ilə qarşılaşacaq.







Dünya çempionatı