- Dünya çempionatı
- 23:37 04.07.2026
Mərakeş millisinin və “Bavariya”nın hücumçusu İsmayıl Saybari 2026-cı il dünya çempionatında Kanada ilə keçirilən oyunu vaxtından əvvəl başa vurub.
90deqiqe.Az xəbər verir ki, futbolçu qarşılaşmanın 20-ci dəqiqəsində ehtimal olunan əzələ zədəsi səbəbindən meydana uzanıb. Tibbi yardım aldıqdan sonra isə həkimlərin müşayiəti ilə meydanı tərk edib. Onun əvəzinə oyuna Süfyan Rahim daxil olub.
Qeyd edək ki, Saybari Mərakeş millisinin əsas hücumçularından biri və 2026-cı il dünya çempionatında komandanın ən məhsuldar futbolçusudur. O, indiyədək keçirdiyi dörd oyunda üç qol vuraraq Braziliya, Şotlandiya və Haiti millilərinin qapılarına yol tapıb.
Xatırladaq ki, Saybari bu yay dünya çempionatı davam edərkən Niderlandın PSV klubundan Almaniyanın “Bavariya” komandasına transfer olunub.