18 iyul 2026. Şənbə

Dünya çempionatındakı uğursuzluqdan sonra Erve Renar istefa verdi


Dünya çempionatındakı uğursuzluqdan sonra Erve Renar istefa verdi

2026-cı il dünya çempionatında Tunis millisinin baş məşqçisi postuna Sabri Lamuşinin əvəzinə təyin olunan Erve Renar vəzifəsindən ayrıldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, fransalı mütəxəssis qərarını sosial şəbəkə hesabında paylaşıb. Erve Renar açıqlamasında bunları deyib:

“2026-cı il dünya çempionatında iştirak etmək imkanı yaratdığına görə Tunis Futbol Federasiyasına səmimi təşəkkürümü bildirirəm. Tunis millisinin şərəfini qorumaq və bu unudulmaz təcrübəni yaşamaq mənim üçün böyük qürur idi. Komandaya gələcəkdə uğurlar arzulayıram. İnanıram ki, Tunis millisi inkişaf etməyə, azarkeşlərini sevindirməyə və tarixini yeni uğurlarla zənginləşdirməyə davam edəcək. Bu yol boyu mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mənim macəram burada başa çatdı”.

Qeyd edək ki, Tunis millisi dünya çempionatının F qrupunda keçirdiyi hər üç görüşdə məğlub olub.

Komanda ilk turda İsveçə 1:5 hesabı ilə uduzduqdan sonra Sabri Lamuşi baş məşqçi postundan uzaqlaşdırılmışdı.

Onun yerinə təyin olunan Erve Renarın rəhbərliyi altında Tunis millisi Yaponiyaya 0:4, Niderlanda isə 1:3 hesabı ilə məğlub olaraq mundialla qrup mərhələsində vidalaşıb.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"