19 avqust 2026. Çərşənbə

Hakimi Afrika futbolunun rekordunu yenilədi


Hakimi Afrika futbolunun rekordunu yenilədi

Mərakeş millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Kanada ilə qarşılaşır.

90deqiqe.Az xəbər verir ki, bu görüş Mərakeş yığmasının lideri Əşrəf Hakimi üçün dünya çempionatlarındakı 15-ci oyun olub.

Hakimi 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə və 2026-cı il mundialında ölkəsinin şərəfini qoruyub. O, 2022-ci ildə Mərakeş millisinin tarixi uğur qazanaraq yarımfinala yüksəlməsində də əsas simalardan biri olub.

Qeyd edək ki, dünya çempionatlarında keçirdiyi 15 oyunla Əşrəf Hakimi Afrika futbolu üçün yeni rekord müəyyənləşdirib. Bu göstəricidə ikinci pillədə isə onun komanda yoldaşı Əzzəddin Unahi qərarlaşıb.

Maraqlıdır ki, Kanada ilə oyunda hesabı da məhz Unahi açıb. Qolun məhsuldar ötürməsinin müəllifi isə Əşrəf Hakimi olub.







Dünya çempionatı