- Dünya çempionatı
- 01:05 05.07.2026
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilən qarşılaşma Mərakeş millisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Matçda hesab 50-ci dəqiqədə Əzzəddin Unahinin qolu ilə açılıb. Mərakeşli yarımmüdafiəçi 82-ci dəqiqədə dubl edərək komandasının üstünlüyünü daha da artırıb. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş səkkizinci dəqiqədə isə Sufyan Rahimi fərqlənərək yekun hesabı müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, Mərakeş millisinin yarımmüdafiəçisi İsmayıl Saybari 22-ci dəqiqədə aldığı zədə səbəbindən oyunu vaxtından əvvəl tərk edib.
Bu qələbə sayəsində Mərakeş millisi dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin hazırkı çempionu Argentinadır.