18 iyul 2026. Şənbə

Mərakeş dünya çempionatında tarix yazdı


Mərakeş dünya çempionatında tarix yazdı

Mərakeş millisi 2026-cı il dünya çempionatında 1/4 finala yüksələn ilk Afrika təmsilçisi olub.

90deqiqe.Az xəbər verir ki, Mərakeş yığması 1/8 final mərhələsində Kanada millisini 3:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Bu qələbə həm də Mərakeş millisinin XXI əsrdə dünya çempionatlarında əldə etdiyi ilk böyükhesablı qələbə kimi tarixə düşüb. Şimali Afrika təmsilçisi mundialda sonuncu dəfə 1998-ci ildə Şotlandiya millisini eyni hesabla - 3:0 məğlub etmişdi. Lakin həmin qələbə komandaya pley-off mərhələsinə yüksəlmək üçün kifayət etməmişdi.

Mərakeş millisi 1/4 finalda Fransa - Paraqvay cütünün qalibi ilə qarşılaşacaq.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"