5 iyul 2026. Bazar günü

"Xalqın səninlə fəxr etməlidir" - Messi rəqib qapıçıya


"Xalqın səninlə fəxr etməlidir"  - Messi rəqib qapıçıya

Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya dünya çempionatının 1/16 finalında Argentina ilə oyundan sonra Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Vozinya bildirib ki, qarşılaşmadan sonra Messiyə yaxınlaşıb və argentinalı ulduz onu qucaqlayaraq belə deyib:

"Sən möhtəşəmsən. Xalqın səninlə fəxr etməlidir."

Qapıçı bu sözlərin onun üçün unudulmaz an olduğunu vurğulayıb.

"Lionel Messi kimi bir futbolçudan belə sözlər eşitmək mənim üçün çox böyük məna daşıyırdı. Mən də ona təşəkkür edib dedim: "Sağ ol, Leo. Sən ən yaxşısan". Daha sonra formalarımızı dəyişmək istəyib-istəmədiyini soruşdum. O isə müsahibədən sonra paltardəyişmə otağında formasını mənə verəcəyini söylədi", – deyə Vozinya bildirib.

Qeyd edək ki, Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Komanda qrup mərhələsində Uruqvay və Səudiyyə Ərəbistanını geridə qoyaraq növbəti mərhələyə adlamışdı.

Vozinya mundialda dörd oyunda meydana çıxıb, 18 seyv edərək komandasının ən yaxşı futbolçularından biri olub.

Xatırladaq ki, Kabo-Verde millisi əlavə vaxtın yekununda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.







Dünya çempionatı

Şirer "Qızıl buts"un favoritini açıqladı
  • Dünya çempionatı
  • 01:05 05.07.2026
Şirer "Qızıl buts"un favoritini açıqladı
"İlk qol oyunun taleyini dəyişdi"
  • Dünya çempionatı
  • 00:57 05.07.2026
"İlk qol oyunun taleyini dəyişdi"
Mərakeş dünya çempionatında tarix yazdı
  • Dünya çempionatı
  • 23:33 04.07.2026
Mərakeş dünya çempionatında tarix yazdı
Hakimi Afrika futbolunun rekordunu yenilədi
  • Dünya çempionatı
  • 23:05 04.07.2026
Hakimi Afrika futbolunun rekordunu yenilədi