5 iyul 2026. Bazar günü

"Mən yenə də Mərakeş yox, bu komandanı seçərdim"


"Mən yenə də Mərakeş yox, bu komandanı seçərdim"

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının 1/8 finalında Mərakeşə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra komandası barədə diqqətçəkən açıqlamalar verib.

90deqiqe.Az xəbər verir ki, amerikalı mütəxəssis nəticəyə baxmayaraq futbolçularına inandığını və onların çıxışından qürur duyduğunu bildirib.

"Azarkeşlərimiz üçün belə bir komandaya sahib olmaq böyük imtiyazdır. Bu, turnirlə vidalaşdığımız oyuna da aiddir. Bu, müdafiəyə çəkilən komandanın oyunu deyildi. Mən yenə də Mərakeş yox, öz komandamı seçərdim. Mərakeş nə qədər güclü komanda olsa da, mən yenə də bizim tərəfdə olmağı üstün tutaram", – deyə Cessi Marş bildirib.

Qeyd edək ki, ABŞ-nin Hyuston şəhərində keçirilən qarşılaşmada Mərakeş Kanada millisini 3:0 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 finalına yüksəlib. Afrika təmsilçisi növbəti mərhələdə Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaq.







Dünya çempionatı

Şirer "Qızıl buts"un favoritini açıqladı
  • Dünya çempionatı
  • 01:05 05.07.2026
Şirer "Qızıl buts"un favoritini açıqladı
"İlk qol oyunun taleyini dəyişdi"
  • Dünya çempionatı
  • 00:57 05.07.2026
"İlk qol oyunun taleyini dəyişdi"
Mərakeş dünya çempionatında tarix yazdı
  • Dünya çempionatı
  • 23:33 04.07.2026
Mərakeş dünya çempionatında tarix yazdı
Hakimi Afrika futbolunun rekordunu yenilədi
  • Dünya çempionatı
  • 23:05 04.07.2026
Hakimi Afrika futbolunun rekordunu yenilədi