5 iyul 2026. Bazar günü

"İlk qol oyunun taleyini dəyişdi"


"İlk qol oyunun taleyini dəyişdi"

Kanada millisinin yarımmüdafiəçisi Stiven Euştakiu komandasının ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, çox uğurlu turnir keçirdik. Bu oyunda fasiləyə qədər əla çıxış etdik. Xüsusilə ilk hissədən sonra görüşü qazana biləcəyimizə inanırdıq. Meydanda üstün tərəf biz idik, hər top uğrunda mübarizə aparır, təhlükəli epizodlar yaradırdıq. Standart vəziyyətlər üzərində hazırladığımız plan da istədiyimiz kimi işləyirdi"

Euştakiu qeyd edib ki, məhz standart vəziyyətdən buraxılan ilk qol oyunun gedişatını dəyişib.

"İlk qolu standart vəziyyətdən buraxdıq. Bundan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldıq və müdafiədə boşluqlar verdik. Rəqib isə sürətli əks-hücumlarla bundan maksimum yararlanaraq bizi cəzalandırdı", – deyə kanadalı yarımmüdafiəçi əlavə edib.

Qeyd edək ki, Kanada yığması 1/8 final mərhələsində Mərakeşə 0:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.







Dünya çempionatı

Şirer "Qızıl buts"un favoritini açıqladı
  • Dünya çempionatı
  • 01:05 05.07.2026
Şirer "Qızıl buts"un favoritini açıqladı
"İlk qol oyunun taleyini dəyişdi"
  • Dünya çempionatı
  • 00:57 05.07.2026
"İlk qol oyunun taleyini dəyişdi"
Mərakeş dünya çempionatında tarix yazdı
  • Dünya çempionatı
  • 23:33 04.07.2026
Mərakeş dünya çempionatında tarix yazdı
Hakimi Afrika futbolunun rekordunu yenilədi
  • Dünya çempionatı
  • 23:05 04.07.2026
Hakimi Afrika futbolunun rekordunu yenilədi