5 iyul 2026. Bazar günü

Şirer "Qızıl buts"un favoritini açıqladı


Şirer "Qızıl buts"un favoritini açıqladı

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 2026-cı il dünya çempionatında ən məhsuldar futbolçu adına mübarizə ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o, "Qızıl buts" mükafatını qazanmağa əsas namizəd kimi Fransa millisinin hücumçusu Kilian Mbappeni göstərib.

"Mən hələ də düşünürəm ki, bombardirlər yarışının qalibi Mbappe olacaq. Fransa millisinin finala yüksələcəyinə inanıram və komandanın qollarının böyük hissəsini məhz o vurur. Ümid edirəm ki, Harri Keyn turnirin sonunadək onunla "Qızıl buts" uğrunda mübarizə aparacaq", – deyə Şirer bildirib.

Hazırda dünya çempionatının bombardirlər siyahısına yeddi qolla Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir. Kilian Mbappenin hesabında beş oyunda altı qol, Harri Keynin aktivində isə dörd qarşılaşmada beş qol var.

Qeyd edək ki, Fransa millisi hazırda Paraqvayla üz-üzə gəlir.







Dünya çempionatı

Şirer "Qızıl buts"un favoritini açıqladı
  • Dünya çempionatı
  • 01:05 05.07.2026
Şirer "Qızıl buts"un favoritini açıqladı
"İlk qol oyunun taleyini dəyişdi"
  • Dünya çempionatı
  • 00:57 05.07.2026
"İlk qol oyunun taleyini dəyişdi"
Mərakeş dünya çempionatında tarix yazdı
  • Dünya çempionatı
  • 23:33 04.07.2026
Mərakeş dünya çempionatında tarix yazdı
Hakimi Afrika futbolunun rekordunu yenilədi
  • Dünya çempionatı
  • 23:05 04.07.2026
Hakimi Afrika futbolunun rekordunu yenilədi