19 avqust 2026. Çərşənbə

Fransa 1/4 finalda Mərakeşə rəqib oldu


Fransa 1/4 finalda Mərakeşə rəqib oldu

2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Fransa millisi Paraqvayla üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Filadelfiya şəhərində yerləşən "Linkoln Faynenşl Fild" stadionunda keçirilən qarşılaşma Fransa millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Fransa yığması mundialın 1/4 finalına yüksələn ikinci komanda olub.

Fransa növbəti mərhələdə Kanada millisini 3:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanan Mərakeş yığması ilə qarşılaşacaq. Oyun iyulun 10-da Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatının son qalibi Argentina millisidir. Argentina yığması 2022-ci ildə keçirilən mundialın finalında məhz Fransa millisini məğlub edərək çempion olub.







Dünya çempionatı