17 iyul 2026. Cümə

Belçika ilə oyun öncəsi ABŞ millisinə FIFA-dan müsbət qərar


Belçika ilə oyun öncəsi ABŞ millisinə FIFA-dan müsbət qərar

FIFA-nın İntizam Komitəsi ABŞ millisinin hücumçusu Folarin Baloqanın cəzası ilə bağlı qərarını dəyişib.

90deqiqe.Az xəbər verir ki, ali futbol qurumu futbolçunun bir oyunluq diskvalifikasiyasını şərti cəza ilə əvəz edib. Bununla da Baloqan dünya çempionatının 1/8 finalında Belçikaya qarşı keçiriləcək görüşdə komandasına kömək edə biləcək.

ABŞ yığmasının forvardı Bosniya və Herseqovina ilə 1/16 final matçında (2:0) rəqib müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Mövcud qaydalara əsasən, o, növbəti qarşılaşmanı buraxmalı idi.

Lakin FIFA İntizam Məcəlləsinin 27-ci maddəsinə əsasən, futbolçunun bir oyunluq diskvalifikasiyası bir illik sınaq müddəti ilə əvəz olunub.

FIFA-nın açıqlamasında bildirilib ki, Baloqan bu müddət ərzində eyni xarakterli ciddi qayda pozuntusuna yol verərsə, təxirə salınmış cəza qüvvəyə minəcək və yeni intizam sanksiyasına əlavə olunacaq.

Qeyd edək ki, ABŞ millisi dünya çempionatının 1/8 final mərhələsində Belçika yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"