- Dünya çempionatı
- 23:20 05.07.2026
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniyaya qarşı keçiriləcək oyun ərəfəsində milli komandadakı gələcəyi ilə bağlı suallara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu yığmadan ayrılacağı vaxtı yalnız özünün müəyyən edəcəyini vurğulayıb.
"18 yaşımda milli komandaya qoşulduğum gündən bəri münasibətim dəyişməyib. Mən hər zaman bu komandadayam - qəlbimlə də, bədənimlə də. Meydanda olum, ya olmayım, komandada həmişə vacib rolum olacaq.
Bir neçə il əvvəl də demişdim ki, karyeramı istədiyim vaxt başa vuracağam. Bu, sizin istədiyiniz vaxt olmayacaq. Eyni sualı təkrar vermək mənasızdır. Mən bu mövzunu gündəmdə saxlamaq istəmirəm. Hazırda ən vacib məsələ sabah yaxşı oynamaq və növbəti mərhələyə yüksələcəyimizə inanmaqdır", - deyə Ronaldu bildirib.
Qeyd edək ki, Portuqaliya - İspaniya qarşılaşması iyulun 6-da keçiriləcək.