9 avqust 2026. Bazar günü

Baloqunun cəzasının dayandırılması gündəm oldu


Baloqunun cəzasının dayandırılması gündəm oldu

FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloquna verilən cəzanın icrasını bir illik sınaq müddəti ilə dayandırması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin iddiasına görə, ABŞ administrasiyası məsələ ilə bağlı birbaşa FİFA ilə əlaqə saxlayaraq Baloqunun qırmızı vərəqəsinin yenidən nəzərdən keçirilməsini xahiş edib.

Bununla belə, FİFA intizam komitəsinin müstəqil fəaliyyət göstərdiyini vurğulayaraq, ABŞ administrasiyasının qərara hər hansı təsir göstərmədiyini bildirib.

Qurum həmçinin qeyd edib ki, intizam qaydalarının 27-ci maddəsinə əsasən, müəyyən hallarda futbolçuya verilən cəzanın icrası sınaq müddəti ilə dayandırıla bilər.

Qeyd edək ki, Baloqun ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırılmışdı və FİFA-nın son qərarı futbol ictimaiyyətində müxtəlif reaksiyalara səbəb olub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"