- Dünya çempionatı
- 23:20 05.07.2026
Futbol azarkeşləri FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı qəbul etdiyi qərarı geniş müzakirə edirlər.
90deqiqe.Az xəbər verir ki, FİFA futbolçunun qırmızı vərəqə almasına baxmayaraq, ona bir il sınaq müddəti ilə şərti cəza tətbiq edib. Bunun nəticəsində Baloqun dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak edə biləcək.
Qərar xüsusilə futbolçunun kobud qayda pozuntusuna görə meydandan qovulması fonunda ciddi müzakirələrə yol açıb. İddialara görə, FİFA prezidenti Canni İnfantino ilə ABŞ prezidenti Donald Tramp arasında yaxın münasibətlər bu qərara təsir göstərə bilər.
Donald Tramp da məsələ ilə bağlı münasibət bildirib:
"Düzgün qərar verdiyi və böyük bir ədalətsizliyi aradan qaldırdığı üçün FİFA-ya təşəkkür edirəm!"
Qeyd edək ki, futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir.