20 avqust 2026. Cümə axşamı

Spens İngiltərə yığmasının Meksika ilə oyununu buraxacaq


Spens İngiltərə yığmasının Meksika ilə oyununu buraxacaq

İngiltərə yığmasının və "Tottenhem"in cinah müdafiəçisi Ced Spens 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksikaya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçunun səhhətində problem yaranıb. Onun yoxluğunda müdafiənin cinahında "Arsenal"ın futbolçusu Deklan Raysın və ya "Bayer"in müdafiəçisi Carrell Kuansanın meydana çıxacağı gözlənilir.

Ced Spens Şimali Amerikada keçirilən dünya çempionatında İngiltərə yığmasının bütün dörd oyununda iştirak etsə də, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Meksika - İngiltərə qarşılaşması iyulun 6-da "Asteka" stadionunda keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 06:00-da səslənəcək.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”