17 iyul 2026. Cümə

"O, artıq əvvəlki futbolçu deyil"


"O, artıq əvvəlki futbolçu deyil"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın 18 yaşlı cinah oyunçusu Lamin Yamalın inkişafından danışıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis gənc futbolçunun ötən illə müqayisədə xeyli irəliləyiş göstərdiyini bildirib.

"Lamin artıq bir il əvvəl Millətlər Liqasının Portuqaliya ilə final oyunundakı futbolçu deyil. O, daha yetkin və özünəinamlıdır. Oyunu daha yaxşı oxuyur, meydanda daha düzgün qərarlar verir. Hər il daha da güclənəcək. Ona verəcəyim məsləhət isə budur: Özün olaraq qal, futboldan zövq al, amma üzərinə götürdüyün məsuliyyətin də fərqində ol", - deyə Luis de la Fuente bildirib.

Lamin Yamal 2026-cı il dünya çempionatında dörd oyunda meydana çıxıb və bir qolla yadda qalıb.

İspaniya millisi iyulun 6-da dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"