20 avqust 2026. Cümə axşamı

Belçika millisinin baş məşqçisi FİFA-nın qərarını sərt tənqid etdi


Belçika millisinin baş məşqçisi FİFA-nın qərarını sərt tənqid etdi

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya ABŞ yığmasının hücumçusu Folarin Baloqunun cəzasının şərti olaraq dayandırılmasına münasibət bildirib. Bu qərar futbolçuya dünya çempionatı-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak etmək imkanı verəcək.

90deqiqe.Az xəbər verir ki, Rudi Qarsiya FİFA-nın qərarını kəskin tənqid edib.

"Mən elə bilmirdim ki, dünya çempionatında və FİFA-da 5 iyul əslində 1 aprelə təsadüf edir. Bu, tam bir aprel zarafatıdır.

Biz hər hansı milli komandanı və ya federasiyanı deyil, futbolu və idmanda ədaləti müdafiə edirik", - deyə belçikalı mütəxəssis bildirib.

Xatırladaq ki, FİFA-nın İntizam Komitəsi Folarin Baloqunun Bosniya və Herseqovina ilə dünya çempionatının 1/16 final matçında (2:0) qırmızı vərəqə aldığına görə tətbiq olunan bir oyunluq cəzanı şərti olaraq dayandırıb. Bundan sonra ABŞ Prezidenti Donald Tramp təşkilata təşəkkürünü ifadə edib.

Belçika - ABŞ qarşılaşması iyulun 7-də keçiriləcək.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”