17 iyul 2026. Cümə

Norveç Braziliyanı mundialdan kənarlaşdırdı


Norveç Braziliyanı mundialdan kənarlaşdırdı

2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Braziliya və Norveç milliləri üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda keçirilən qarşılaşmanı ABŞ-dən olan baş hakim İsmayıl Əlfət idarə edib.

Gərgin keçən görüş Norveç millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 14-cü dəqiqəsində Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraynş penaltidən yararlana bilməyib. İkinci hissədə, 67-ci dəqiqədə Neymar meydana daxil olub. Hesabı isə 79-cu dəqiqədə Norveç millisinin hücumçusu Erlinq Holand açıb. O, 90-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq dubl edib. Qarşılaşmanın 90+10-cu dəqiqəsində Neymar 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra Norveç millisi 1/4 final mərhələsinə yüksəlib. Skandinaviya təmsilçisi növbəti mərhələdə Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Braziliya millisi isə turnirlə vidalaşıb.

Xatırladaq ki, dünya çempionatının son qalibi Argentina millisidir. Cənubi amerikalılar 2022-ci ildə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək çempion olublar. Əsas vaxt 3:3 hesabı ilə başa çatmışdı.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"