20 avqust 2026. Cümə axşamı

Poçettino FİFA-nın qərarını müdafiə etdi - "Bu, ədalətli addımdır"


Poçettino FİFA-nın qərarını müdafiə etdi  - "Bu, ədalətli addımdır"

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino FİFA-nın hücumçu Folarin Baloquna tətbiq olunan cəzanı şərti olaraq dayandırması barədə qərarını şərh edib. Argentinalı mütəxəssis, həmçinin Belçika millisinin baş məşqçisi Rudi Qarsiyanın bu qərarla bağlı tənqidlərinə də münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, Poçettino FİFA-nın qərarını dəstəklədiyini bildirib.

"Mənim reaksiyam hamının reaksiyası ilə eynidir. Mən bu idman növünü sevirəm və idmanda etik ədalət prinsiplərinə inanıram. Bu qərarı alqışlayırıq.

İnsanların 99 faizi həmin qırmızı vərəqənin haqsız olduğunu düşünür. Rudini yaxşı tanıyıram və çox sevirəm. O, həm əla məşqçi, həm də gözəl insandır. Əlbəttə, o da öz komandasının maraqlarını müdafiə etməlidir", - deyə ABŞ millisinin baş məşqçisi bildirib.

Xatırladaq ki, FİFA-nın İntizam Komitəsi Folarin Baloqunun Bosniya və Herseqovina ilə dünya çempionatının 1/16 final oyununda (2:0) aldığı qırmızı vərəqəyə görə tətbiq edilən bir oyunluq cəzanı şərti olaraq dayandırıb. Belçika millisinin baş məşqçisi Rudi Qarsiya isə bu qərarı "1 aprel zarafatı" adlandırmışdı.

Belçika - ABŞ qarşılaşması iyulun 7-də keçiriləcək.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”