20 avqust 2026. Cümə axşamı

İngiltərə Meksikanı məğlub edərək 1/4 finala yüksəldi


İngiltərə Meksikanı məğlub edərək 1/4 finala yüksəldi

Futbol üzrə dünya çempionatında 1/4 finala yüksələn növbəti komanda İngiltərə millisi olub.

90deqiqe.Az xəbər verir ki, 1/8 final mərhələsində Meksika ilə üz-üzə gələn İngiltərə yığması dramatik keçən qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.

Mexiko stadionunda keçirilən oyunda Avropa təmsilçisinin qollarını Cud Bellinqem (36, 38) və Harri Keyn (60, pen.) vurublar. Meksika millisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69, pen.) fərqləniblər.

Bu qələbə sayəsində İngiltərə millisi dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, İngiltərənin növbəti mərhələdəki rəqibi Norveç yığması olacaq.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”