6 iyul 2026. Bazar ertəsi

"Ən yaxşı futbolçular meydanda olmalıdır" - Tramp Baloqun qərarını müdafiə etdi


"Ən yaxşı futbolçular meydanda olmalıdır"  - Tramp Baloqun qərarını müdafiə etdi

ABŞ Prezidenti Donald Tramp FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloquna tətbiq olunan cəzanı şərti olaraq dayandırması barədə qərarı dəstəkləyib. O, çıxışı zamanı Lionel Messi, Kriştianu Ronaldu və Harri Keynin adlarını da çəkib.

90deqiqe.Az xəbər verir ki, Tramp bu qərarın futbolun maraqları baxımından doğru olduğunu bildirib.

"Komandanın aparıcı, bəlkə də ən yaxşı futbolçusunun meydana çıxmasına icazə verilməsəydi, bu, çox pis olardı. Bu, futbolun üzərində böyük ləkə qoyardı. Mən sadəcə fikrimi bildirdim. Mən Canni İnfantinoya nə etməli olduğunu demədim. Üstəlik, qərarı o yox, komissiya verib. Düşünürəm ki, onlar düzgün qərar qəbul etdilər. Bu epizod qırmızı vərəqəlik deyildi. İkincisi isə insanlar ən yaxşı futbolçuların oyununu izləmək istəyirlər.

Təsəvvür edin ki, Messi kiminləsə toqquşduğuna görə onu oyundan kənarlaşdırırlar. Yaxud Ronaldu təsadüfən kiməsə sərt toxunduğu üçün oynamır. Eyni vəziyyət Harri Keynlə də baş versəydi, bu, doğru olmazdı.

ABŞ millisi də, Belçika millisi də meydana ən güclü heyətlə çıxmalıdır. Qələbə və ya məğlubiyyət bu halda ədalətli olar. Əks halda, biz Baloqunsuz meydana çıxıb uduza bilərdik və bu, çox pis görünərdi.

Komissiya parlaq qərar verdi. Hakimin qərarı isə çox uğursuz idi. Təəssüf ki, heç kim bundan danışmır, hamı yalnız qırmızı vərəqədən bəhs edir", - deyə Donald Tramp bildirib.







Dünya çempionatı

Mundial Ximenes üçün faciə ilə başa çatdı
  • Dünya çempionatı
  • 22:17 06.07.2026
Mundial Ximenes üçün faciə ilə başa çatdı
Dünya çempionatının final topu təqdim olundu
  • Dünya çempionatı
  • 21:26 06.07.2026
Dünya çempionatının final topu təqdim olundu