- Dünya çempionatı
- 22:25 06.07.2026
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının final oyununda istifadə olunacaq "Trionda Final" topunu ictimaiyyətə təqdim edib.
90deqiqe.Az xəbər verir ki, qurum yeni topun görüntülərini rəsmi sosial şəbəkə hesablarında paylaşıb.
"Hər toxunuşun əhəmiyyəti var, çünki bütün dünya ona baxır. Qarşınızda - "Trionda Final", - deyə FİFA-nın paylaşımında bildirilib.
Yeni top texniki xüsusiyyətləri və kamera konfiqurasiyası baxımından hazırda dünya çempionatında istifadə olunan "Trionda" modeli ilə eynidir. "Trionda Final" ağ rəngdə hazırlanıb, üzərində qara və qızılı naxışlar, eləcə də qırmızı detallardan istifadə olunub. Topun üzərində mundial oyunlarına ev sahibliyi edən şəhərlərin adları da əks etdirilib.
Xatırladaq ki, hazırkı dünya çempionu Argentina millisidir. Cənubi amerikalılar 2022-ci ildə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək çempion olublar. Əsas vaxt 3:3 hesabı ilə başa çatmışdı.