6 iyul 2026. Bazar ertəsi

"FİFA-nın məhkəmə orqanları tam müstəqildir"


"FİFA-nın məhkəmə orqanları tam müstəqildir"

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının şərti olaraq dayandırılması ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, İnfantino FİFA-nın məhkəmə orqanlarının fəaliyyətinə heç kimin müdaxilə edə bilməyəcəyini vurğulayıb.

"Folarin Baloqun işi ilə bağlı FİFA-nın müstəqil İntizam Komitəsinin qərarı ətrafında səsləndirilən fikirlərlə tanış oldum və FİFA-nın fəaliyyətində əsas prinsiplərdən birini bir daha xatırlatmaq istəyirəm.

FİFA-nın məhkəmə orqanları tam müstəqildir. Onlar muxtar şəkildə fəaliyyət göstərir, İntizam Məcəlləsini rəhbər tutur və qərarlarını yalnız qüvvədə olan qaydalar və konkret işin halları əsasında qəbul edirlər. Bu müstəqillik futbola olan etimadın və onun bütövlüyünün qorunması üçün son dərəcə vacibdir.

Bəli, mən dünya çempionatı ilə bağlı məsələləri ABŞ Prezidenti Donald Trampla mütəmadi müzakirə edirəm. Bu məsələ ilə bağlı da o mənə zəng etmişdi. Eyni zamanda müxtəlif ölkələrin dövlət başçıları, hökumət nümayəndələri, futbol ictimaiyyətinin təmsilçiləri və digər şəxslər də müxtəlif mövzularla bağlı mənimlə əlaqə saxlayırlar.

Cənab Trampa izah etdim ki, məsələ FİFA-nın müstəqil məhkəmə orqanlarının icraatındadır və qərar yalnız səlahiyyətli qurum tərəfindən qəbul ediləcək. FİFA sistemi məhz bu prinsiplə işləyir və mən həmişə buna sadiq qalacağam.

İntizam Komitəsinin qərarları açıqlanandan sonra mən də onlarla tanış oluram. Bəzən bu qərarlar məni təəccübləndirir. Bəziləri ilə razılaşıram, bəziləri ilə isə yox.

Ancaq hər zaman həmin qərarlara və onları qəbul edən müstəqil orqanların səlahiyyətlərinə hörmətlə yanaşıram. Hansısa qərarın şəxsi fikrimizə uyğun olub-olmaması önəm daşımır. Müstəqil institutlara və hüququn aliliyinə hörmət FİFA-nın nüfuzunu və yarışların ədalətini qoruyan əsas prinsiplərdəndir", - deyə Canni İnfantino bildirib.







Dünya çempionatı

Mundial Ximenes üçün faciə ilə başa çatdı
  • Dünya çempionatı
  • 22:17 06.07.2026
Mundial Ximenes üçün faciə ilə başa çatdı
Dünya çempionatının final topu təqdim olundu
  • Dünya çempionatı
  • 21:26 06.07.2026
Dünya çempionatının final topu təqdim olundu