- Dünya çempionatı
- 22:25 06.07.2026
İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Hendersonun 2026-cı il dünya çempionatının 1/4 finalına yüksəldikdən sonra aldığı zədə səbəbindən əməliyyat olunacağı bildirilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məlumata görə, təcrübəli futbolçu Meksika üzərində 3:2 hesablı qələbədən sonra komandanın növbəti mərhələyə yüksəlişini qeyd edərkən reklam lövhəsinin üzərindən keçmək istəyib. Bu zaman o, uğursuz şəkildə biləyinin üzərinə yıxılıb.
Müayinələr nəticəsində Hendersonun biləyindən əməliyyat olunmasının zəruri olduğu müəyyənləşib. Bu səbəbdən onun dünya çempionatında bir daha meydana çıxmasının çətin olduğu bildirilir.
Hazırda futbolçu Mexikodakı xəstəxanada nəzarət altındadır. İngiltərə millisinin tibbi heyətinin üzvlərindən biri onun yanında qalıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Henderson turnirdə İngiltərə millisinin keçirdiyi beş oyundan yalnız Panama ilə qrup mərhələsinin üçüncü tur matçında (2:0) sonradan meydana daxil olub. Həmin görüş onun milli komandadakı 90-cı oyunu olub.
İngiltərə millisi 1/4 finalda Norveç yığması ilə üz-üzə gələcək.