- Dünya çempionatı
- 22:25 06.07.2026
Fransa Futbol Federasiyası milli komandanın cinah oyunçusu Maykl Oliseyə göstərilən sarı vərəqənin ləğvi üçün Beynəlxalq Futbol Federasiyasına (FİFA) rəsmi müraciət edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçu dünya çempionatının 1/8 finalında Paraqvaya qarşı keçirilən oyunda rəqib futbolçu ilə yaşadığı mübahisədən sonra sarı vərəqə alıb. Epizod zamanı paraqvaylı Qalarsa üzünü tutaraq yerə yıxılsa da, iddiaya görə, Olise yalnız rəqibinin formasından tutub.
Mənbənin məlumatına əsasən, Fransa Futbol Federasiyası bu qərardan apellyasiya şikayəti verib.
Əgər sarı vərəqə qüvvədə qalarsa, Olise Mərakeşə qarşı 1/4 final matçında yenidən xəbərdarlıq alacağı halda, Fransa millisi yarımfinala yüksələrsə, həmin oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Fransa - Mərakeş qarşılaşması iyulun 9-da keçiriləcək.