21 avqust 2026. Cümə

"Onu izləmək üçün pul ödəməyə hazıram" - Anridən Neymara dəstək


"Onu izləmək üçün pul ödəməyə hazıram"  - Anridən Neymara dəstək

Fransa millisinin sabiq ulduzu Tyerri Anri dünya çempionatı ilə vidalaşan Braziliya millisinin lideri Neymara dəstək olub.

90deqiqe.Az xəbər verir ki, əfsanəvi futbolçu braziliyalının futbola verdiyi töhfələrin heç vaxt unudulmayacağını bildirib.

"Mən sadəcə Neymarın oyununu izləmək üçün pul ödəməyə hazıram. O, milyonlarla insana futbolu sevdirdi. Hər bir uşaq Neymar kimi olmaq istəyirdi. Mən dünya çempionatı və ya onun millidəki karyerasının necə başa çatması barədə danışmaq istəmirəm. Mən onun futbola bəxş etdiklərindən danışmaq istəyirəm. Neymar müstəsna futbolçu idi və həmişə də belə qalacaq. Futbola verdiklərin üçün sənə təşəkkür edirəm", - deyə Tyerri Anri bildirib.

Xatırladaq ki, Braziliya millisi dünya çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”