14 iyul 2026. Çərşənbə axşamı

Mundial Ximenes üçün faciə ilə başa çatdı


Mundial Ximenes üçün faciə ilə başa çatdı

Meksika millisinin və İtaliyanın "Milan" klubunun hücumçusu Santyaqo Ximenes dünya çempionatında ağır zədə alıb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərəyə qarşı keçirilən 1/8 final matçında zədələnərək meydanı xərəkdə tərk edib.

Məlumata görə, tibbi müayinələrdən sonra Ximenesin ikinci dərəcəli bağ dartılması aldığı müəyyənləşib. Hücumçunun təxminən səkkiz həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Ximenes ötən mövsüm "Milan"ın heyətində 18 oyunda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Meksikalı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.

Qeyd edək ki, A Seriyasında yeni mövsüm avqustun 22-də start götürəcək.







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı