9 avqust 2026. Bazar günü

Hendersonun qəribə zədəsinin səbəbi məlum oldu


Hendersonun qəribə zədəsinin səbəbi məlum oldu

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Hendersonun aldığı qəribə zədə ilə bağlı yeni detallar açıqlanıb.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, "Brentford"un təcrübəli futbolçusu Meksikadakı "Asteka" stadionunda reklam lövhəsinin üzərindən tullanarkən biləyini sındırıb.

Hadisə İngiltərə millisinin dünya çempionatı-2026-nın 1/8 finalında Meksikanı 3:2 hesabı ilə məğlub etməsindən sonra komandanın azarkeşlərlə birlikdə qələbəni qeyd etdiyi vaxt baş verib.

Nəticədə Henderson biləyindən sınıq xəsarəti alıb və karyerasındakı son dünya çempionatında artıq meydana çıxa bilməyəcək. Bir sıra xarici nəşrlər və mənbələr bu hadisəni futbol tarixinin ən qəribə zədələrindən biri kimi qiymətləndirirlər.

İngiltərə Futbol Assosiasiyası hələlik futbolçunun diaqnozu ilə bağlı rəsmi açıqlama verməyib. Lakin millinin baş məşqçisi Tomas Tuxel Hendersonun zədəsini "ciddi" adlandırıb və vəziyyətlə bağlı əlavə məlumatın gözlənildiyini bildirib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"