17 iyul 2026. Cümə

Merinonun son dəqiqə qolu İspaniyanı 1/4 finala daşıdı


Merinonun son dəqiqə qolu İspaniyanı 1/4 finala daşıdı

Dünya çempionatı-2026-nın 1/8 final mərhələsində Portuqaliya və İspaniya milliləri arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən "AT&T" stadionunda baş tutan oyunda İspaniya millisi minimal hesablı qələbə qazanıb - 1:0.

Görüşün baş hakimi İngiltərədən Entoni Teylor olub.

Matçın taleyini həll edən yeganə qolu Mikel Merino 90+1-ci dəqiqədə vurub.

Bu nəticə ilə İspaniya millisi dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. İspanlar növbəti mərhələdə ABŞ - Belçika cütünün qalibi ilə qarşılaşacaqlar.

Qeyd edək ki, dünya çempionatının son qalibi Argentina millisidir. Cənubi Amerika təmsilçisi 2022-ci il mundialının finalında Fransanı penaltilər seriyasında məğlub edərək çempion olmuşdu.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"