7 iyul 2026. Çərşənbə axşamı

Ronaldonun dünya çempionatı arzusu başa çatdı


Ronaldonun dünya çempionatı arzusu başa çatdı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatı-2026-nın 1/8 final mərhələsində İspaniyaya qarşı keçirilən oyunda meydana çıxıb.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən "AT&T" stadionunda baş tutan görüşdə Portuqaliya millisi 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qarşılaşmanı İngiltərədən olan baş hakim Entoni Teylor idarə edib.

Ronaldo matça start heyətində başlayıb və sonadək meydanda olub. Təcrübəli hücumçu bu görüşdə nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin heç bir xəbərdarlıq almayıb.

Beləliklə, Portuqaliya millisi dünya çempionatı ilə mübarizəni 1/8 final mərhələsində başa vurub.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu Argentina millisidir.







Dünya çempionatı

Ronaldonun dünya çempionatı arzusu başa çatdı
  • Dünya çempionatı
  • 01:13 07.07.2026
Ronaldonun dünya çempionatı arzusu başa çatdı
Mundial Ximenes üçün faciə ilə başa çatdı
  • Dünya çempionatı
  • 22:17 06.07.2026
Mundial Ximenes üçün faciə ilə başa çatdı