- Dünya çempionatı
- 01:26 07.07.2026
Braziliya millisinin sabiq müdafiəçisi Juliano Belletti Neymarın oyun üslubunun Ronaldinyonun futbol irsindən qaynaqlandığını bildirib.
90deqiqe.Az xəbər verir ki, o, bu barədə verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib.
"Neymarın meydanda etdiklərinin əksəriyyətini vaxtilə Ronaldinyo yaradıb. Topu ayağa maksimum yaxın saxlayaraq driblinq etmək, dabanla ötürmələr vermək, topu rəqibin üzərindən aşırmaq - bütün bunlar Ronaldinyonun futbola gətirdiyi yeniliklər idi. O, bunları Braziliya futbolunun özünəməxsus sehri ilə birləşdirərək Neymar üçün ilham mənbəyinə çevrildi", - deyə Belletti vurğulayıb.
Sabiq futbolçu Ronaldinyonun uğurunu yalnız fitri istedadla əlaqələndirməyin yanlış olduğunu da qeyd edib.
"Çoxları fərqli düşünə bilər, amma Ronaldinyo inanılmaz dərəcədə zəhmətkeş idi. O, hər gün, hər həftə kiçik meydançalarda təkbətək və ikiyə-iki məşqlər edirdi. Belə fintlər etmək və daim rəqibi aldatmağa çalışmaq üçün böyük fiziki güc lazımdır. Ronaldinyo məhz ustalığı və zəhməti sayəsində Neymar kimi futbolçular üçün örnəyə çevrilib", - deyə Belletti əlavə edib.
Xatırladaq ki, Neymar dünya çempionatı-2026-nın 1/8 final mərhələsində Braziliyanın Norveçə 1:2 hesabı ilə uduzmasından sonra milli karyerasını başa vurduğunu açıqlayıb. O, Braziliya millisinin heyətində keçirdiyi 130 oyunda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub.