- Dünya çempionatı
- 22:11 07.07.2026
İspaniyalı mütəxəssis Roberto Martines Portuqaliya millisinin baş məşqçisi postundan ayrılıb.
90deqiqe.Az xəbər verir ki, 52 yaşlı çalışdırıcı bu barədə futbol üzrə dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Martines Portuqaliya millisində keçirdiyi dövrü xüsusi hisslərlə xatırladığını bildirib:
"Bu, mənim üçün unudulmaz bir dövr oldu. Hiss etdiyim qüruru sözlə ifadə etmək çətindir. Portuqaliya xalqının bizə göstərdiyi dəstək, verdiyi güc və enerji həqiqətən möhtəşəm idi".
Qeyd edək ki, Roberto Martines 2023-cü ilin yanvarında Portuqaliya millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.
Xatırladaq ki, ispan mütəxəssis bundan əvvəl, 2016–2022-ci illərdə Belçika millisini çalışdırıb.