22 avqust 2026. Şənbə

Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi


Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi

Belçika millisi futbol üzrə dünya çempionatında 1/4 finala yüksələn növbəti komanda olub.

90deqiqe.Az xəbər verir ki, 1/8 final mərhələsində ABŞ yığması ilə üz-üzə gələn Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib.

Sietldə keçirilən qarşılaşmada Belçikanın qələbəsində Şarl de Ketelare dublla fərqlənib. O, 9-cu və 33-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. Komandanın digər qollarını isə Hans Vanaken 57-ci, Romelu Lukaku isə 90+3-cü dəqiqədə vurub.

ABŞ millisinin yeganə qoluna 31-ci dəqiqədə Malik Tillman imza atıb.

Beləliklə, inamlı qələbə qazanan Belçika dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. Komanda növbəti raundda İspaniya millisi ilə üz-üzə gələcək.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”