22 avqust 2026. Şənbə

Messi dünya çempionatları tarixində yeni rekorda imza atdı


Messi dünya çempionatları tarixində yeni rekorda imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən məhsuldar assist müəllifi olub.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu buna dünya çempionatı-2026-nın 1/8 final mərhələsində Misir millisinə qarşı keçirilən oyunda nail olub.

ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz" stadionunda baş tutan qarşılaşmada Messi Kristian Romeronun qoluna məhsuldar ötürmə verərək dünya çempionatlarındakı assistlərinin sayını doqquza çatdırıb. Bu göstərici mundial tarixinin yeni rekordudur.

Qeyd edək ki, xəbər hazırlanarkən oyunda hesab 2:2 olub.

Bundan başqa, Lionel Messi dünya çempionatları tarixinin ən sərrast futbolçusu statusunu da qoruyur. Onun hesabında mundiallarda vurulan 21 qol var.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”