7 iyul 2026. Çərşənbə axşamı

Argentina Misiri mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəldi


Argentina Misiri mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəldi

Dünya çempionatı-2026-nın 1/8 final mərhələsində Argentina və Misir milliləri arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən "Mercedes-Benz" stadionunda baş tutan oyunu Fransadan olan baş hakim Fransua Leteksye idarə edib.

Gərgin mübarizə şəraitində keçən görüş Argentina millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 15-ci dəqiqədə Misirin müdafiəçisi Yasir İbrahim açıb. Argentina millisinin hücumçusu Lionel Messi isə 21-ci dəqiqədə Nikolas Talyafikoya qarşı qayda pozuntusuna görə təyin olunan penaltidən yararlana bilməyib.

58-ci dəqiqədə Misirin hücumçusu Mostafa Zikonun vurduğu qol VAR müdaxiləsindən sonra hücum zamanı Lisandro Martinesin ayağına basdığı üçün ləğv edilib. Lakin Ziko 67-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

79-cu dəqiqədə Kristian Romero fərqi minimuma endirib, 84-cü dəqiqədə isə Lionel Messi hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini 90+3-cü dəqiqədə Enso Fernandes həll edib və hesabı 3:2-yə çatdırıb.

Bu nəticədən sonra Argentina millisi dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. Afrika təmsilçisi növbəti mərhələdə İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatı-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu Argentina millisidir.







Dünya çempionatı

"O, əsl kiçik Messidir"
  • Dünya çempionatı
  • 22:30 07.07.2026
"O, əsl kiçik Messidir"
Ronaldonun dünya çempionatı arzusu başa çatdı
  • Dünya çempionatı
  • 01:13 07.07.2026
Ronaldonun dünya çempionatı arzusu başa çatdı