- Dünya çempionatı
- 22:30 07.07.2026
Serbiya millisinin sabiq müdafiəçisi Nemanya Vidiç "Barselona"nın cinah hücumçusu Lamin Yamalın oyununu yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, Vidiç gənc ispaniyalının oyun tərzinin dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeşin zədələnməsinə səbəb olduğunu bildirib.
"Bu futbolçunun nə qədər qeyri-adi və xüsusi olduğunu görmək kifayətdir. Mənim fikrimcə, o, əsl kiçik Messidir. Mən onu məhz belə adlandırıram. O, fintləri və topa nəzarət bacarığı ilə bir neçə dəfə Nunu Mendeşi cinah boyunca arxasınca qaçmağa məcbur etdi. Nəticədə isə rəqib futbolçu növbəti sürətli hərəkətlərdən biri zamanı zədələndi", – deyə Vidiç AS nəşrinə müsahibəsində bildirib.
O, Yamalın oyun üslubuna da xüsusi diqqət çəkib:
"Lamin Yamal sadəcə düz istiqamətdə qaçan futbolçu deyil. O, topu qəbul edərkən daim boş zonalara çıxır, hər epizodda fərqli və gözlənilməz həll yolları tapır. Onun oyununu izləmək həqiqətən böyük zövq verir".
Qeyd edək ki, Lamin Yamal dünya çempionatının cari mövsümündə keçirdiyi beş oyunda bir qol vurub.