8 iyul 2026. Çərşənbə

"Bu qolu üç ildir gözləyirdim"


"Bu qolu üç ildir gözləyirdim"

Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes Misirlə keçirilən dünya çempionatının 1/8 final oyunundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlamasında bildiirb.

"Bu qolu təxminən üç ildir gözləyirdim. Sonuncu dünya çempionatından bəri belə bir anın həsrətində idim. Bu hissləri yaşamaq sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Mənə bu imkanı verdiyi üçün Allaha şükür edirəm. Özümü çox xoşbəxt hiss edirəm"

Fernandes komanda yoldaşlarının xidmətini də xüsusi vurğulayıb:

"Bizim çox güclü kollektivimiz var. Bu komanda qarşısına hansı çətinlik çıxırsa-çıxsın, heç vaxt təslim olmur. Biz hər zaman birlikdə mübarizə aparırıq və vahid komanda olaraq qalırıq".

Yarımmüdafiəçi sonda təşəkkürünü də ifadə edib:

"Komanda yoldaşlarıma, məşqçilər heyətinə, tribunadan bizi dəstəkləyən azarkeşlərə və vətəndə bizə azarkeşlik edən bütün argentinalılara təşəkkür edirəm. Biz növbəti addımı atdıq".

Qeyd edək ki, Argentina millisi 0:2 hesabı ilə geridə olduğu görüşdə əzmkar geri dönüş edərək 3:2 hesablı qələbə qazanıb. Qarşılaşmanın taleyini həll edən qolu isə oyunun son dəqiqələrində Enso Fernandes vurub. Argentina millisi dünya çempionatının dörddəbir finalında Kolumbiya – İsveçrə cütünün qalibi ilə üz-üzə gələcək.







Dünya çempionatı

"Bu qolu üç ildir gözləyirdim"
  • Dünya çempionatı
  • 23:44 07.07.2026
"Bu qolu üç ildir gözləyirdim"
"O, əsl kiçik Messidir"
  • Dünya çempionatı
  • 22:30 07.07.2026
"O, əsl kiçik Messidir"