8 iyul 2026. Çərşənbə

"Argentina ilə oyunun nəticəsi əvvəlcədən hazırlanmışdı"


"Argentina ilə oyunun nəticəsi əvvəlcədən hazırlanmışdı"

Misir millisinin hücumçusu Mostafa Ziko 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Argentina yığmasına 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra qalmaqallı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, futbolçu Argentina millisinin qələbəsinin əvvəlcədən planlaşdırıldığını iddia edib və qarşılaşmanın baş hakimi Fransua Leteksiyenin də bu prosesdə rol aldığını bildirib.

"Baş hakim zəif və ədalətsiz idi. Onun haqsızlığı açıq-aşkar görünürdü. O, oyunun əvvəlindən bizə təzyiq göstərirdi. Bizim qalib gəlməyimizi istəmirdi. Matçın nəticəsi əvvəlcədən hazırlanmışdı. Bu, bizim günahımız deyil.

Bu hakim... Görünür, bu oyun əvvəlcədən planlaşdırılmışdı. Biz 2:0 hesabı ilə öndə idik, amma o, yenə də bizə qarşı qərarlar verməyə davam etdi. Görünür, Argentina dünya çempionatında növbəti qələbəsini belə qazandı. Onları təbrik edirik", – deyə Zikonun sözlərini "The Sun" nəşri yayıb.

Qeyd edək ki, görüşün 58-ci dəqiqəsində Zikonun vurduğu qol video görüntülərə baxıldıqdan sonra ləğv edilib. Bundan başqa, qarşılaşmanın son dəqiqələrində hakim Məhəmməd Salahın cərimə meydançasında yıxıldığı epizodda penalti təyin etməyib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçirilir. Turnirin hazırkı qalibi Argentina millisidir. 2022-ci il dünya çempionatının finalında Argentina Fransa ilə qarşılaşıb. Əsas vaxt 3:3 hesabı ilə başa çatsa da, penalti seriyasında argentinalılar 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

"Bu qolu üç ildir gözləyirdim"
  • Dünya çempionatı
  • 23:44 07.07.2026
"Bu qolu üç ildir gözləyirdim"
"O, əsl kiçik Messidir"
  • Dünya çempionatı
  • 22:30 07.07.2026
"O, əsl kiçik Messidir"