19 iyul 2026. Bazar günü

Misir millisinin baş məşqçisi FİFA-nı tənqid etdi


Misir millisinin baş məşqçisi FİFA-nı tənqid etdi

Misir millisinin baş məşqçisi Hossam Həsən 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Argentina yığmasına 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra FİFA-nı tənqid edib.

90deqiqe.Az xəbər verir ki, misirli mütəxəssis turnirin qalan oyunlarını izləməyəcəyini bildirib.

"Dünya çempionatının marketinq sənayesinə çevrildiyi açıq-aşkar görünür. Onlar Messinin turnirdən kənar qalmasını istəmirlər. Məhz buna görə də bu görüşdə ədalət yox idi. Messi boş yerə sevinməməlidir.

Bu gündən etibarən dünya çempionatında heç bir oyunu izləməyəcəyəm. Bu, bu gün qarşılaşdığımız ədalətsizliyə etirazımdır. Futbolçularımı ürəkdən təbrik edirəm. Onlar millətin qəhrəmanlarıdır", – deyə Hossam Həsənin sözlərini "Haberler.com" yayıb.







Dünya çempionatı

"Onun istedadı bənzərsizdir"
  • Dünya çempionatı
  • 15:28 19.07.2026
"Onun istedadı bənzərsizdir"
Saka het-trik etdi
  • Dünya çempionatı
  • 02:57 19.07.2026
Saka het-trik etdi
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı
  • Dünya çempionatı
  • 02:48 19.07.2026
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı