11 avqust 2026. Çərşənbə axşamı

İsveçrə penaltilərdə qalib gələrək 1/4 finala yüksəldi


İsveçrə penaltilərdə qalib gələrək 1/4 finala yüksəldi

Futbol üzrə dünya çempionatında İsveçrə millisi 1/4 finala yüksələn növbəti komanda olub.

90deqiqe.Az xəbər verir ki, 1/8 final mərhələsində Kolumbiya ilə qarşılaşan Avropa təmsilçisi dramatik mübarizədən sonra adını növbəti raunda yazdırıb.

"BC Place" stadionunda keçirilən görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Tərəflər qapılara yol tapa bilmədiyindən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan İsveçrə millisi 4:3 hesablı üstünlüklə qələbə qazanaraq dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, İsveçrə yığması növbəti mərhələdə Argentina millisi ilə üz-üzə gələcək.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər