23 avqust 2026. Bazar günü

Zlatko Daliç Xorvatiya millisi ilə vidalaşdı


Zlatko Daliç Xorvatiya millisi ilə vidalaşdı

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç vəzifəsindən ayrılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 59 yaşlı mütəxəssis doqquz il rəhbərlik etdiyi milli komanda ilə yollarını ayırıb.

Zlatko Daliç Xorvatiya yığmasının tarixində ən uğurlu baş məşqçilərdən biri kimi yadda qalıb. Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatında gümüş, 2022-ci il mundialında isə bürünc medal qazanıb.

Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”