18 iyul 2026. Şənbə

"Fransanı yalnız İspaniya məğlub edə bilər"


"Fransanı yalnız İspaniya məğlub edə bilər"

Tanınmış fransalı mütəxəssis Arsen Venger dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli məşqçinin sözlərinə görə, hazırda Fransa millisini məğlub edə biləcək yeganə komanda İspaniyadır.

"Mənim üçün əsas məsələ İspaniya millisidir. Əgər Fransanı məğlub edə biləcək bir komanda varsa, bu, məhz İspaniyadır. Çünki onların texniki hazırlıq səviyyəsi daha yüksəkdir. Bundan əlavə, İspaniya millisinin kollektiv oyun mədəniyyəti dünyada bənzəri olmayan səviyyədədir", – deyə Venger bildirib.

Qeyd edək ki, Fransa və İspaniya milliləri dörddəbir final mərhələsində müvafiq olaraq Mərakeş və Belçikanı məğlub edəcəkləri təqdirdə, dünya çempionatının yarımfinalında üz-üzə gələcəklər.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"