13 avqust 2026. Cümə axşamı

Cordan Henderson əməliyyat olundu


Cordan Henderson əməliyyat olundu

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson əməliyyat olunub.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, xəstəxana çarpayısında həkimlərin əhatəsində çəkilmiş fotosunu yayımlayıb.

"Əməliyyat uğurla başa çatdı. İndi isə şənbə günü bizi gözləyən əsas hadisəyə hazırlaşırıq. Mənə göstərdikləri qayğıya görə klinikanın bütün əməkdaşlarına, xüsusilə də əməliyyatı həyata keçirən üç cərraha təşəkkür edirəm", – deyə Henderson yazıb.

Qeyd edək ki, Cordan Henderson zədəni oyun zamanı deyil, qələbəni qeyd edərkən alıb. O, reklam lövhəsinin üzərindən keçmək istəyərkən yıxılıb və biləyindən xəsarət alıb.

İngiltərə millisi dünya çempionatının dörddəbir final mərhələsində Norveç yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı