- Dünya çempionatı
- 23:34 08.07.2026
Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Mərakeşə qarşı keçiriləcək oyuna argentinalı hakimlər briqadasının təyin olunmasını şərh edib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmanın baş hakimi Fakundo Telyo olacaq. Ona həmyerliləri kömək edəcəklər.
Bu təyinat müzakirələrə səbəb olub. Belə ki, Fransa millisi finala yüksələcəyi təqdirdə həlledici görüşdə Argentina ilə qarşılaşa bilər.
"Biz bunu olduğu kimi qəbul etməliyik. Hakimlərə güvənirəm. Bizim rəqibimiz hakim deyil, Mərakeş millisidir", - deyə Didye Deşam bildirib.
Fransalı mütəxəssis Argentina - Misir arasında keçirilən 1/8 final oyununda fransalı baş hakim Fransua Leteksyenin idarəçiliyini tənqid edənlərə də cavab verib.
"Ümid edək ki, bizim oyunun hakimləri də cənab Leteksye qədər uğurlu idarəçilik nümayiş etdirəcəklər", - deyə o əlavə edib.
Qeyd edək ki, Fransa - Mərakeş qarşılaşması iyulun 9-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.