9 iyul 2026. Cümə axşamı

FİFA İngiltərə millisinin futbolçusunu iki oyunluq cəzalandırdı


FİFA İngiltərə millisinin futbolçusunu iki oyunluq cəzalandırdı

FİFA İngiltərə millisinin müdafiəçisi Carell Kuansaya iki oyunluq cəza verib.

90deqiqe.Az xəbər verir ki, buna səbəb futbolçunun 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksikaya qarşı keçirilən oyunda qırmızı vərəqə alması olub.

İngiltərənin 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 54-cü dəqiqəsində meksikalı Xesus Qalyardoya kobud müdaxilə edən Kuansa birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Beləliklə, 23 yaşlı müdafiəçi İngiltərənin Norveçə qarşı keçirəcəyi 1/4 final oyununu buraxacaq. Komandası yarımfinala yüksələrsə, o, həmin görüşdə də forma geyinə bilməyəcək.

Qeyd edək ki, Leverkuzen "Bayer"inin futbolçusu zədələnən Ris Ceymsi əvəz edərək Meksika ilə oyuna start heyətində çıxmışdı.

İngiltərə - Norveç 1/4 final qarşılaşması iyulun 12-də Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.







Dünya çempionatı

"Mərakeşə qarşı daha dəqiq oynamalıyıq"
  • Dünya çempionatı
  • 23:12 09.07.2026
"Mərakeşə qarşı daha dəqiq oynamalıyıq"
"Belçika dünya çempionu ola bilər"
  • Dünya çempionatı
  • 22:57 09.07.2026
"Belçika dünya çempionu ola bilər"
"Dünya çempionatının bombardiri Mbappe olacaq"
  • Dünya çempionatı
  • 22:24 09.07.2026
"Dünya çempionatının bombardiri Mbappe olacaq"
Cordan Henderson əməliyyat olundu
  • Dünya çempionatı
  • 22:34 08.07.2026
Cordan Henderson əməliyyat olundu
"Fransanı yalnız İspaniya məğlub edə bilər"
  • Dünya çempionatı
  • 22:29 08.07.2026
"Fransanı yalnız İspaniya məğlub edə bilər"